Qəzada ölən şəxs şirkətdə mühəndis vəzifəsində çalışırmış - FOTO - YENİLƏNİB

Göygöl rayonunun Toğanalı kəndi ərazisində "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində ölən Gəncə şəhər sakini 43 yaşlı Məhyəddin Kalpanov Kəlbəcər rayonunda tikinti şirkətlərindən birində mühəndis vəzifəsində çalışıb.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Məhyəddin Kalpanov Kəlbəcər rayonundan dönən zaman baş verib.
Xatırladaq ki, qəza zamanı sürücü Ağdam rayon sakini Şamxal Abbasov, Gəncə şəhər sakinləri 40 yaşlı Nəsimi Heydərov və Murad Nəhmətov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

***14:41
Göygöldə baş verən qəzada yaralanan şəxslərin son vəziyyəti bəlli olub.
Avtosfer.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Göygöldə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 07.12.2025-ci il tarixində saat 21:40-da iki nəfər (iki kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunublar.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. Bir nəfərin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO












