Banner

Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO

Qəzalar 12 Noyabr 2026 15:18
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
WhatsApp kanalımıza abunə olun

2026-cı ilin 10 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 30,9 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub.

Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

BDYPİ-nin məlumatında qeyd olunub ki, təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitə olaraq qalır. Dəfələrlə təsdiq olunub ki, kəmərdən istifadə edənlər yol qəzası zamanı daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır:

"Ötən gün Şəmkirdə iki gəncin həlak olması, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təhlili bir daha göstərir ki, bir necə dəfə aşaraq yol kənarına yuvarlanan avtomobildə təhlükəsizlik kəmərindən istifadə edilsəydi, qəzanın ağırlıq dərəcəsi əhəmiyyətli dərəcədə azalar, arzular yarıda qalmazdı.
Qanuna əsasən sürücü və sərnişin təhülkəsizlik kəmərini bağlamaq vəzifəsi daşıyırlar. Sərnişinin təhlükəsizlik kəmərlərini bağlamasına nail olan sürücü isə həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır.
Sərnişinlər də təhülkəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olur. Unutmayaq, avtomobildə təhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır!"

Oxunub : 244
ŞƏRH YAZ
Ad

E-mail

Şərh