Qəzaya düşən 3 avtomobildən biri yandı, YARALILAR VAR - FOTO - VİDEO

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.
Avtosfer.az apa-ya istinadla xəbər verir ki, hadisə verir ki, Səməd Vurğun küçəsində qeydə alınıb.
“Toyota” markalı avtomobili idarə edən 2002-ci il təvəllüdlü Aydəmirov Mirzalı Adil oğlu sükana nəzarəti itirib. Nəticədə maşın əvvəlcə yol kənarında dayanan 1977-ci il təvvəllüdlü Hacıyev Fuad Mirağa oğluna məxsus “Chevrolet” markalı avtomobilə, daha sonra eyni istiqamətdə hərəkətdə olan 1985-ci il təvəllüdlü Həsənov Seymur Talıb oğluna məxsus “Daewoo” markalı maşına çırpılıb. Zərbənin təsirindən “Chevrolet” markalı maşında alovlanma baş verib. Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun qarşısı alınıb. Yola dağılan yanacaq yuyulub.
Qəza nəticəsində “Toyota” markalı “Prius” modelli nəqliyyat vasitəsinin sürücüsü M.Aydəmirov, sərnişinlər - 2002-ci il təvəllüdlü Quliyev Kənan Zöhrab oğlu və Aydəmirov Şöhrət Adil oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Təhlükəsizlik məqsədi ilə yol bağlanılıb. Avtomobillər ərazidən götürülüb. Hüquq-mühafizə orqanın əməkdaşları bildirib ki, “Toyota” markalı avtomobilin sürücüsü yüksək sürətlə manevr qaydalarını pozub. Bunu təsdiq edən görüntülər də təqdim edilib.
Bakıda "BYD" "Prius"la toqquşdu: Biri aşdı, digəri isə... - VİDEO
Dərnəgül yolunda ağır qəza; işıq dirəyi avtomobilə girdi - VİDEO
Bakıda motosiklet avtomobilə çırpıldı, yeniyetmə ağır xəsarət aldı
Ağdamda iki "07" toqquşdu; dörd nəfər xəsarət aldı - FOTOLAR
Yuxusuz sürücülərin törətdiyi qəzaların görüntüləri yayıldı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Ağcabədidə iki maşın toqquşdu - Ölən var - FOTO
Əks yola çıxıb ağır qəza törətdi; dəfələrlə havada fırlandı - FOTO - VİDEO
Sabirabadda "07" "Nissan"la toqquşdu - Ölən və xəsarət alanlar var - FOTOLAR
Ara məsafəsi saxlamayan sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda AĞIR QƏZA: Vətəndaşlar belə xilas edildi - VİDEO
Bakıda dəhşətli QƏZA: Sürücünün ayağı qopdu – VİDEO










