Qəzaya düşən maşının ortasına dəmir məhəccər girdi, sürücü sağ çıxdı - FOTO

Türkiyənin Əskişəhər şəhərində qeyri-adi qəza baş verib.
Avtosfer.az xəbər verir ki, Əskişəhər-Kütahya avtomobil yolunun Ömür ərazisində hərəkətdə olan “Tesla” markalı, 26-UD-110 nömrə nişanlı avtomobil güclü yağış səbəbindən yaş yolda sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq maneəyə çırpılıb.
Hadisə zamanı avtomobil yol kənarındakı dəmir məhəccərə çırpılıb və zərbənin gücündən maneə maşının bir qapısından girərək digər tərəfindən çıxıb. Bu isə ətrafdakıların “belə qəza heç vaxt görülməyib” sözləri ilə ifadə etdiyi qorxulu mənzərə yaradıb.

Qəzadan sonra hadisə yerinə polis əməkdaşları cəlb olunub. Avtomobilə ciddi maddi ziyan dəysə də, sürücünün səhhətinin yaxşı olduğu bildirilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Eltac Zülfüqaroğlu
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












