Qəzaya uğramış təyyarədən insanları çıxaran hərbçi danışdı

Təyyarənin qəzaya uğradığı yerə ilk gələnlərdən biri olan Aktau hərbçisi insanları xilas etməsindən danışıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb.
Qazaxıstan Hərbi Hava Qüvvələrinin aviabazasının hərbi qulluqçusu olsn Nurlan Botaqarin hadisə baş verən gün növbətçi olub. O, təyyarənin qəzaya uğradığını görən kimi dərhal təyyarəyə tərəf qaçıb: "Təyyarənin qəribə uçduğunu görüb nəsə problem olduğunu anladım. Qəza baş verəndə dərhal maşına əyləşdim və təyyarəyə tərəf istiqamət aldım. Əvvəlcə düşündüm ki, bu, təxminən 10 nəfərin olduğu kiçik bir təyyarə ola bilər. Amma qabağıma ağ paltarlı bir qız çıxdı, birdən təyyarənin kupesində qapını açdım və bir adamın çıxdığını gördüm. İnsanları çıxarmaq üçün hava limanı əməkdaşlarının, xilasedicilərin və təcili yardımın gəldiyini gördüm. Onlar yanğını söndürməyə başlamışdılar. Məndən asılı olan hər şeyi etdiyimə inanıram".
Hərbçinin fikrincə, belə vəziyyətdə insanlara kömək etmək təkcə hərbçi deyil, həm də vətəndaşlıq borcudur.
(unikal)
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












