Qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üvləri həlak olub

“Ethiopian Airlines” aviaşirkətinin qəzaya uğradığı “Boeing 737” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu aviaşirkət bildirib. Şirkətin yaydığı məlumata əsasən, Əddis-Əbəbədən Nayrobiyə uçan təyyarənin göyərtəsində 149 sərnişin və 7 ekipaj üzvü olub. Təyayrədə 33 xalqın nümayəndəsinin olduğu da qeyd olunur.
Qəza təyyarənin Əddis-Əbəbənin aeroportundan havaya qalxmasından 6 dəqiqə sonra baş verib. Təyyarə şəhərdən 40 kilometrdən az məsafə aralığında düşüb.
Qəzanın səbəbləri məlum deyil, axtarış əməliyyatları aparılır.
12:50
Efiopiyanın baş naziri Abiy Əhməd Əli "Ethiopian Airlines" aviaşirkətinin "Boeing 737" təyyarəsinin qəzaya uğradığını bildirib. Nazir bu barədə "Tvitter" sosial şəbəkəsində yazıb. Təyyarə Keniyanın Nayrobi şəhərinə reysi yerinə yetirirdi. Nazir bildirib: "Baş nazir ofisi hökumət və Efiopiya xalqı adından bu səhər Nayrobiyə müntəzəm reysi yerinə yetirən "Ethiopian Airlines"in "Boeing 737"də yaxınlarını itirən ailələrə başsağlığı verir".
Aviaşirkətin nümayəndəsi faktı təsdiqləyib. Onun sözlərinə görə, göyərtədə 157 nəfər olub.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












