Qırmızı işığa məhəl qoymayan sürücü qəza törətdi - ANBAAN VİDEO

Yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülərə növbəti dəfə xəbərdarlıq edilib. Svetoforun qırmızı işığında hərəkətin davam etdirilməsi ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə paylaşımı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) edib. Bildirilib ki, svetoforun qırmızı işığında keçmək təkcə inzibati xəta deyil, eyni zamanda xəsarət və ölüm riski yaradan ciddi qayda pozuntusudur.
Qeyd olunub ki, svetoforun qadağanedici siqnalı hərəkəti tam şəkildə dayandırmağı tələb edir və bu tələb “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinə əsasən məcburidir. Siqnallara məhəl qoymamaq digər hərəkət iştirakçılarının – sürücülərin və piyadaların həyatını təhlükə altına atır.
NİİM sürücüləri daha məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməyə və qırmızı işıqda dayanmağın hər kəsin təhlükəsizliyi üçün vacib olduğunu unutmamağa çağırıb.
Eltac
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












