Qırmızı işığın son saniyələrində hərəkətə başlayan “Hyundai” sürücüsü qəza törətdi - VİDEO

Paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti ilə İlham Əliyev küçələrinin kəsişməsində baş vermiş yol qəzası anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, Qara Qarayev prospektindən yolayrıcına daxil olan 77-MY-580 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobil, İlham Əliyev küçəsi istiqamətdən gələn “BYD” markalı maşınla toqquşub.
Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Qeyd edək ki, “Hyundai Elantra” qırmızı işığın son saniyələrində hərəkətə başlayıb və yaşıl işıq yanan kimi yolayrıcına çatıb. Digər avtomobil isə yaşıl işığın son saniyəsində yolayrıcına daxil olub.
Sürücülərə tövsiyə olunur ki, svetoforun işığı dəyişən zaman bir-iki saniyə gözləsinlər, daha sonra hərəkətə başlasınlar.
Xatıladaq ki, “Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin 4-cü hissəsində qeyd olunub ki, işıqforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş işıqforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər.
Nərmin
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












