Qırmızıdan keçən avtomobil qəza törədib – VİDEO

Paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, Ehtiram Yusifov idarə etdiyi “Volskwagen Passat” markalı avtomobillə Mətbuat prospektində hərəkətdə olarkən digər yoldan gələn “Toyota Prado” markalı avtomobillə toqquşub.
Zərbənin gücündən “Volskwagen Passat” yol kənarındakı nişan dirəyinə və səkiyə dəyib. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.
E.Yusifov ONA-ya bildirib ki, işıqforun yaşıl işığından keçib. “Toyota”nın sürücüsü isə bunun əksini iddia edib.
Əraziyə gələn Yol Patrul Xidmətinin əməkdaşları aparılan avtotexniki ekspertizadan sonra müəyyən edib ki, günah “Toyota”nın sürücüsündə olub.
Qəza zamanı Mətbuat prospektində 30 dəqiqə tıxac yaranıb.
Qəzanın iştirakçısı olan avtomobillər evakuatorla ərazidən götürüldükdən sonra yolda hərəkət tənzimlənib.
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO












