“Qız panikaya düşmüşdü, xahiş etdi, yerimizi dəyişdik” - VİDEO

“Əsgərlikdən təzə gəlmişdim. Rusiyaya atamın yanına gedirdim. Ailəvi orada yaşayırıq, təhsilimi də orada alıram”.
Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, bunu AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində xəsarət alan Məhəmməd Papaxov deyib.
“Hardasa 1 saat keçmişdi, hər şey yolunda idi. Sonra təyyarədə nəsə səs gəldi, sərnişinlər panikaya düşdülər. Bizə demişdilər ki, qəza enişi olacaq. Stüardessa hamını sakitləşdirib deyirdi ki, hər kəs yerində otursun, kəmərlərini bərkitsin. Qorxu, təşviş var idi. Düşəndən sonra gözlərimi bağladım, ora-bura dəydim, hər yerim əzildi. Pilotlar bacardıqları qədər yaxşı eniş etdilər. Təyyarəni başıaşağı buraxsaydılar, bəlkə də heç kim sağ çıxmazdı.
Mən 30-cu yerdə, düz qanadın üstündə oturmuşdum. 31-ci yerdə bir qız oturmuşdu, panikaya düşmüşdü. Xahiş etdi, yerimizi dəyişdik, 31-ci yerdə oturdum. Eşitdim ki, o da sağdır, xəstəxanadadır”, - deyə M.Papaxov bildirib.
Ətraflı videomaterialda:
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












