Quba-Xaçmaz yolundakı dəhşətli qəzanın səbəbi AÇIQLANDI

Dünən səhər saat 09-00 radələrində Quba-Xaçmaz avtomobil yolunun 7-ci kilometrliyində hərəkətdə olan "VAZ 21010" markalı avtomobil yolda sürüşərək qarşıdan gələn "Ford" markalı avtomobilə çırpılıb. Nəticədə, "VAZ 21010" markalı avtomobildə olan 3 sərnişin dünyasını dəyişib, sürücü isə xəsarət alıb.
Baş DYP İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Avtosfer.az-a deyib ki, hadisəsi "VAZ 21010" markalı avtomobilin sürücüsünün yolun sürüşkən olmasını nəzər almaması, qarşıdan gələn avtomobillə ara məsafəsini və sürət həddini düzgün seçməməsi nəticəsində baş verib. "Araşdırma zamanı o da müəyyən edilib ki, "VAZ 21010" markalı avtomobilin təkərlərinin şinləri mövsümə uyğun olmayan və müvafiq texniki göstəricilərə cavab verməyən vəziyyətdə olub.
Baş DYP İdarəsi bu hadisəni nəzərinizə çatdırmaqla bir daha sürücülərə qış mövsümü ilə əlaqədar olaraq nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmalarını, avtomobillərinin texniki sazlığına, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrinin, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələrini tövsiyə edir. Əmin olun ki, qanunun tələblərinə riayət etməklə və müsbət təcrübədən yararlanmaqla qəzalardan yayınmaq mümkündür".
Elmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












