Bakı-Quba yolunda dəhşətli qəza: Ölənlərin sayı artdı - YENİLƏNİB - FOTO

Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan TIR sürücüsü Atayev Elçin Arif oğlu xəstəxanada ölüb.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
***
Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan sürücü xəstəxanaya yerləşdirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Avtosfer.az-a bildirilib ki, Bakı-Quba yolunda baş verən hadisə nəticəsində bir nəfər Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib:
“1992-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili Tibbi Yardım Bölməsində davam etdirilir. Vəziyyəti orta ağırdır”.
Yaralanan sürücü Atayev Elçin Arif oğludur.
***
Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Sizyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mersedes Vita" markalı mikroavtobusla TIR toqquşub.
İkin məlumata görə, ölənlər və yaralılar var.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.


Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO











