Qubada "VAZ" aşdı: 3 yaralı

Ötən gecə Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, qəza Quba rayonunun Alekseyevka kəndində, Xaçmaz rayonuna gedən yolda qeydə alınıb. "VAZ" markalı minik avtomobili yol kənarına aşıb. Avtomobildən xəsarət alanları çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar.
Qəza nəticəsində 1997-cu il təvəllüdlü Bədəlov Orxan Gülağa oğlu qapalı kəllə-beyin travması, bədənin müxtəlif yerlərinin əzilməsi, 1998-cu il təvəllüdlü Atakişiyev Taleh Allahverdi qapalı kəllə-beyin travması, sağ qaşın yırtılması və 1999-cu il təvəllüdlü Əliyev Tural Kamran oğlu boyun nahiyəsinin sıyrılması xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
İlkin yardımdan sonra T.Əliyev ambulator müalicəyə yola salınıb.
Yevlaxda yük avtomobili elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib - VİDEO
Dairəvi yolda yük maşını aşdı; tıxac yarandı - FOTO
Ucardakı qəzada ölən Elnurla Aqilin FOTOsu
Samuxda AĞIR QƏZA: Ata və oğlu xəsarət aldı
Ucarda yük maşını aşdı: Pomidor və xiyar yola dağıldı - FOTO
Muğanlı-İsmayıllı yolunda iki "Toyota" toqquşdu - VİDEO
Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü - FOTO
Tovuzdakı qəzada həyatını itirən Fəridin FOTOsu
Macarıstanda avtobus qəzası - 12 ölü, 10-dan çox yaralı
Tovuzda yük avtomobili elektrik dirəyinə çırpıldı, SÜRÜCÜ ÖLDÜ
Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var










