“Range Rover”in sürücüsü tıxacda siqnal verib, sonra oğlumu döyüb” - Açıqlama

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakıda yol vermək üstündə sürücülər arasında dava olub.
Sürücülərdən biri Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan mayoru Vurğun Əbilova küt alətlə xəsarət yetirmiş, o xəstəxanaya yerləşdirilmişdi.
Məsələ ilə bağlı V.Əbilovun anası Kəmalə Yusifova "Qafqazinfo"ya bildirib ki, oğluna xəsarət yetirən şəxs “Range Rover” markalı avtomobil idarə edib: "Yolda tıxac imiş. "Range Rover" oğlumun arxasındaymış, siqnal verib ki, yol ver. Oğlum da əli ilə işarə edib ki, qarşıda tıxacdır. Həmin sürücü buna əsəbiləşib. Düşüb, gəlib maşına çatan kimi küt alətlə oğlumun burnundan, sonra alnından vurub. Ağır xəsarətlər yetirib. Həmin vaxt maşında Vurğunun həyat yoldaşı və başqa bir qadın da olub. Hazırda Vurğun "Semaşko"da müalicə alır. Sağ gözü torlanıb, beyni silkələnib.
Mənim oğlum qazidir, Vətən Müharibəsində iştirak edib. Bu il apreldə Zəngilanda olarkən minaya düşüb. Sağ ayağı amputasiya olunub. Amma onu vuran şəxs buna məhəl qoymayıb".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsmisi Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hazırda araşdırma aparılır: “Tərəflər arasında yaranan münaqişə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Polis tərəfindən bütün zəruri prosessual tədbirlər diqqət mərkəzində saxlanılmaqla icra olunur”.
Bakıda "BYD" "Prius"la toqquşdu: Biri aşdı, digəri isə... - VİDEO
Dərnəgül yolunda ağır qəza; işıq dirəyi avtomobilə girdi - VİDEO
Bakıda motosiklet avtomobilə çırpıldı, yeniyetmə ağır xəsarət aldı
Ağdamda iki "07" toqquşdu; dörd nəfər xəsarət aldı - FOTOLAR
Yuxusuz sürücülərin törətdiyi qəzaların görüntüləri yayıldı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Ağcabədidə iki maşın toqquşdu - Ölən var - FOTO
Əks yola çıxıb ağır qəza törətdi; dəfələrlə havada fırlandı - FOTO - VİDEO
Sabirabadda "07" "Nissan"la toqquşdu - Ölən və xəsarət alanlar var - FOTOLAR
Ara məsafəsi saxlamayan sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda AĞIR QƏZA: Vətəndaşlar belə xilas edildi - VİDEO
Bakıda dəhşətli QƏZA: Sürücünün ayağı qopdu – VİDEO










