Relsdən çıxan tramvay binaya çırpılıb

İyunun 20-nə keçən gecə İsveçin Höteborq şəhərinin mərkəzində ağır qəza baş verib: tramvay relsdən çıxıb və yüksək sürətlə Avenin prospektində qəlyanaltı kafesinə çırpılıb. Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində sürücü də daxil olmaqla 8 nəfər xəsarət alıb. Polisin məlumatına görə, onların arasında həyati təhlükəsi olan yoxdur. İlkin məlumata görə, tramvay sürücüsü kəskin dönmə hərəkətini idarə edə bilməyib, qarşı tərəfdəki səkiyə çıxıb və kafenin yerləşdiyi binanın fasadına çırpılıb. Hadisə baş verən zaman içəridə müştərilər olub. Şahidlərin bildirdiyinə görə, zərərçəkənlərin köməyinə ilk olaraq yoldan keçənlər gəlib və onlar təcili yardım maşınlarının gəlməsinə qədər tramvayın qapılarını aça biliblər. Qəza bölgəsi dərhal mühasirəyə alınıb və tramvayın boşaldılması işinə başlanılıb. Polis faktla bağlı “Yol hərəkəti zamanı kobud səhlənkarlıq və sağlamlığa ağır zərər vurma” maddələri ilə iş açıb. “Göteborgs Spårvägar” şəhər tramvay xidməti ilə əməkdaşlıq şəraitində insidentin səbəbi araşdırılır.
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO










