Rumıniya sahillərində gəmi qəzası: Qara dənizdə türk dənizçilər xilas edildilər

Rumıniya Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Qara dənizdə, Neptun kurort qəsəbəsinin yaxınlığında qəzaya uğramış yedək gəmisindəki yeddi türk dənizçinin xilas edilməsi üçün əməliyyat həyata keçiriblər.
Bu barədə Avtosfer.az TASS-a istinadən xəbər verir.
DİN-in rəsmi saytında dərc olunan məlumatda qeyd edilir:
"Türkiyə bayrağı altında üzən "Ayaz Bey" yedək gəmisi Antiqua və Barbuda bayrağı altında olan "Mentor" gəmisi ilə toqquşduqdan sonra təxminən saat 04:20-də (Bakı vaxtı ilə 06:20 - red.) beynəlxalq "Mayday" həyəcan siqnalı verib".
İlkin məlumatlara görə, "Ayaz Bey" və "Ramazan Bey" adlı iki Türkiyə yedək gəmisi Ukrayna sularında, Odessa limanı yaxınlığında zədələnmiş "Mentor" gəmisini Türkiyəyə doğru çəkirdi. Yedəyə alınan gəminin göyərtəsində heyət olmayıb.
Bildirilir ki, "gecə saatlarında pis hava şəraiti səbəbindən yedək kəndirləri qırılıb. Sonradan onlar bərpa edilsə də, "Ayaz Bey" yedək gəmisi həmin gəmi ilə toqquşub".
Qeyd olunur ki, xilasetmə prosesinə Rumıniyanın DİN-nə məxsus iki su nəqliyyatı vasitəsi və Rumıniyanın Dənizdə İnsan Həyatının Xilası Agentliyinin (ARSVOM) bir gəmisi cəlb olunub. Daha sonra DİN-in mətbuat xidməti heyət üzvlərindən üçünün Niderland bayrağı altında üzən "Odin" yedək gəmisinə mindirildiyini və Rumıniyanın Manqaliya limanına aparılacağını açıqlayıb. Digər dörd nəfər isə köməyə ehtiyacları olmadığını bildirərək təxliyədən imtina edib. Rumıniya DİN-in məlumatında "Ayaz Bey" yedək gəmisinin hazırda lövbər saldığı vurğulanır.
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - FOTO - VİDEO
Bakıda ticarət mərkəzinin qarşısında QƏZA: 80 yaşlı kişi ÖLDÜ
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların FOTOSU - YENİLƏNİB
Bakıda “Toyota” divara çırpılıb aşdı - VİDEO
Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - FOTO
Bərdədə ağır qəzada həlak olan iki dostun FOTOsu
Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU - VİDEO
Güzgüyə baxmadan manevr edən sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda YAYINDI - VİDEO
Astarada toqquşan maşınlar arxa düşdü, qadın sərnişin yaralandı - VİDEO
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO












