Rusiyada helikopter yanıb, 1 nəfər yaralanıb
Qəzalar
19 Dekabr 2022 16:09

Rusiyada üç ekipaj üzvü olan Mi-8 helikopteri məcburi eniş edib.
Avtosfer.az xəbər verir ki, hadisə Maqadan vilayətinin Taxtoyamsk kəndi yaxınlığında baş verib.
Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq İstintaq İdarəsinin yaydığı məlumata görə, eniş zamanı Mi-8 yerüstü obyektlə toqquşub və aşıb. Nəticədə helikopter yanıb. Bir ekipaj üzvünün yaralandığı bildirilib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Buryatiyada helikopterin sərt enişi zamanı 3 nəfər həyatını itirib.
apa
Oxunub : 928
DİGƏR XƏBƏRLƏR
25 Sentyabr 2026 23:02
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
25 Sentyabr 2026 18:00
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
25 Sentyabr 2026 13:11
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
25 Sentyabr 2026 10:56
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
25 Sentyabr 2026 09:36
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
25 Sentyabr 2026 09:06
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
25 Sentyabr 2026 00:08
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
24 Sentyabr 2026 17:18
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
23 Sentyabr 2026 19:00
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
23 Sentyabr 2026 17:03
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
23 Sentyabr 2026 15:30
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
23 Sentyabr 2026 15:00
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO
ŞƏRH YAZ












