Rusiyada iki qırıcı təyyarə toqquşub
Qəzalar
18 Yanvar 2019 11:33
Oxunub 1114

Hadisə ilə bağlı araşdırma aparılır
Rusiyanın Uzaq Şərq ərazisində iki “Su-34” qırıcı təyyarəsi toqquşub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, məlumatı TASS yayıb. Hadisə yanvarın 18-də səhər saatlarında dəniz sahilinə yaxın ərazidə baş verib. Təyyarələrdən birinin pilotu katapult edib. Amma onun sağ qalıb-qalmadığı məlum deyil. Digər təyyarənin pilotunun taleyindən xəbər yoxdur.
Hadisə ilə bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













