Saatlıda ağır yol qəzası: 4 yaralı

Saatlı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Mollaəvəzli kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Həsənov Nəsimi Şükür oğlu idarə etdiyi “Hundai” markalı avtomobil ilə hərəkətdə olarkən “Mercedes” markalı maşınla toqquşub. Nəticədə “Hundai”ın sürücüsü, eləcə də Beyləqan rayonunun 1982-ci il təvəllüdlü Aşağı Çəmənli kənd sakini Ağayev Elman Əliağa oğlu, Füzulinin Balabəhmənli kənd sakinləri - 1988-ci il təvəllüdlü Məmmədov Anar Bağalı oğlu və 1996-cı il təvəllüdlü Zöhrablı Sənan Seymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N.Həsənovun vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Onun Saatlı Rayon Mərkəzi Xəstəxanasında həkim – nevropatoloq işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












