Sabirabadda maşın kanala düşdü: bir ailənin iki üzvü suda boğulub - FOTO

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən xəbər verir ki, hadisə Surra-Padarçöl kəndləri ərazisindən keçən hissədə baş verib. İlkin məlumata görə, Şamaxı rayon dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb. Nəticədə bir ailənin 2 üzvü - Şamaxının Göylər kənd sakini, 1955-ci il təvəllüdlü Nuhiyev Sabahəli Seyidəli oğlu, 1980-cı il təvəllüdlü Nuhiyev Zamin Sabahəli oğlu suda boğularaq ölüb. Şamaxının Göylər kənd sakini, 1965-ci il təvəllüdlü Nuhiyeva Atlas Lələ qızı isə xəsarət alıb. Ölənlərin meyitləri FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəsarət alan qadın isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aprılır.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO




















