Sabirabadda yol qəzası: xəsarət alan var - FOTO

Sabirabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Avtosfer.az-ın “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Azadkənd kəndində qeydə alınıb.
Neftçala rayon sakini, 1965-ci il təvəllüdlü Ələkbərov Ağahüseyn Ələkbər oğlu idarə etdiyi 90-MH-802 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qarşısına çıxan inəyi vurub. Qəza zamanı avtomobilin ön şüşəsinə çırpılan inək ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan sürücü ilk tibbi yardım aldıqdan sonra Travmatologiya Şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***21:45
Sabirabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə axşam saatlarında Azadkənd kəndində qeydə alınıb. Neftçala rayon sakini Ələkbərov Ağahüseyn Ələkbər oğlu idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













