Sabunçuda sərnişin avtobusu piyadanı vurub
Qəzalar
4 Aprel 2019 10:23
Oxunub 870

Faktla bağlı araşdırma aparılır
Ramana qəsəbəsində piyadanın vurulması ilə nəticələnən qəza baş verib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, Şuşa şəhərciyində 214 saylı xətt üzrə hərəkət edən sərnişin avtobus 1978-ci il təvəllüdlü Mürsəlova Könül Sahib qızını vurub. Avtobusun sürücüsü yaralını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. Yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyulub. K.Mürsəlovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













