Banner

Salyanda avtomobil aşıb: Ölən və yaralananlar var - YENİLƏNİB

Qəzalar 19 Oktyabr 2026 12:44
Salyanda avtomobil aşıb: Ölən və yaralananlar var  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Avtosfer.az xəbər verir ki, oktyabrın 18-də saat 09:10-da iki kişi və bir qadın müxtəlif bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Yaralılara zəruri tibbi yardım göstərilib.

Kəllə-beyin travması və baş nahiyəsində kəsilmiş-cırılmış yara diaqnozu qoyulan kişilərdən birinin vəziyyəti kritik ağır qiymətləndirilib. Həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, o, saat 11:10 radələrində həyatını itirib.

Digər iki yaralının vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

***12:35, 18 oktyabr

Salyanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri xəstəxanada həyatını itirib.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Müşviq Mikayılov orada ölüb.

Qeyd edək ki, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində baş verib.

Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

***

Salyanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü, avtomobildə olan sərnişin, Masallı rayon sakini, 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 732
ŞƏRH YAZ
Ad

E-mail

Şərh