Salyanda "Hyundai" su kanalına düşdü: 2 ölü - VİDEO

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. Belə ki, Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1990-cı il təvəllüdlü Abışov Şəhriyar Mahir oğlu idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarındakı kollektora aşıb. Qəza nəticəsində avtombildə olan sərnişin, 1994-cü il təvəllüdlü İsrafilov Mərhəmət Vahid oğlu hadisə yerində ölüb. Xəsarət alan Qaçaqkənd kəndinin sakinləri, 1993-cü il təvəllüdlü Nəbiyev Natiq Namiq oğlu və İsrafilov Qubad İlqar oğlu sürücü ilə birlikdə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq avtomobilin sürücüsü Ş. Abışov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












