Salyanda yol qəzası: 4 yaralı

Salyan rayonunda yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunlar Neftçala rayon sakinləri - 1956-cı il təvəllüdlü Mircəfər Mircabbar oğlu Ağalarov, onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Mirvari Mirəhməd qızı Ağalarova, 1967-ci il təvəllüdlü Gülqədəm Abduləli qızı Mirzəzadə və 1956-cı il təvəllüdlü Asudə Həsən qızı Cəfərovadır.
*** 17:37
Salyan rayonunda yol qəzası baş verib. Hadisə bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki “Mercedes” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb, nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












