Salyanda yol qəzasında xəsarət alan 4 nəfərdən biri ölüb

Ötən gün Salyanda yol qəzasında xəsarət alanlardan biri ölüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, yol qəzası nəticəsində xəsarət alanlardan Neftçala rayon sakini, 1956-cı il təvəllüdlü Ağalarova Mirvari Mirəhməd qızı həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, ötən gün Ələt-Astara magistral yolunun 51-ci kilometrliyində “Mersedes” markalı avtomobilin yol kənarındakı beton maneəyə çırpılması nəticəsində 4 nəfər xəsarət almışdı.
Faktla bağlı araşdırma aparılır.
*** 18:16
Salyan rayonunda yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. Bunlar Neftçala rayon sakinləri - 1956-cı il təvəllüdlü Mircəfər Mircabbar oğlu Ağalarov, onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Mirvari Mirəhməd qızı Ağalarova, 1967-ci il təvəllüdlü Gülqədəm Abduləli qızı Mirzəzadə və 1956-cı il təvəllüdlü Asudə Həsən qızı Cəfərovadır.
*** 17:37
Salyan rayonunda yol qəzası baş verib. Hadisə bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki “Mercedes” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb, nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO











