Şamaxıda qaçırdıqları avtomobillə qəza törədən iki yeniyetmə saxlanılıb - FOTO

Ötən gün gecə saatlarında Şamaxı şəhər sakininə məxsus “VAZ-2106” markalı avtomobilin yaşadığı evin qarşısından naməlum şəxslər tərəfindən qaçırılması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, onlar avtomobili qanunsuz olaraq ələ keçirdikdən sonra rayonun Əngəxəran kəndi istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədiblər.
Hadisə nəticəsində hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, nəqliyyat vasitəsini tərk edərək oradan uzaqlaşıblar.
Daha sonra polis əməkdaşları tərəfindən həmin şəxslər tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO













