Şəhid anası faciəvi şəkildə öldü - FOTO

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az “Gencexeber”ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi “Lada Niva” markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb.
Qəza zamanı avtomobildə sərnişin qismində olan Todan kənd sakini 64 yaşlı Naqilə Həsənəliyeva ağır xəsarət alıb.
O, Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.
Bildirilir ki, hadisə zamanı avtomobilin sürücüsü maşını saxlayaraq sükan arxasından enibmiş. Bu zaman nəqliyyat vasitəsi enişə doğru sürüşməyə başlayıb və sürətlənərək dərəyə yuvarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Naqilə Həsənəliyeva Birinci Qarabağ müharibəsi şəhidi Sirac Həsənəliyevin anasıdır.
Xatırladaq ki, Həsənəliyev Sirac Qulu oğlu 1986-cı ildə anadan olub. O, cəmi 6 yaşında olarkən Goranboy rayonunun Todan kəndində həyətdə oynadığı zaman erməni qüvvələrinin atdığı top mərmisinin partlaması nəticəsində şəhid olub.

İsmayıllıda qeyri-adi qəza: Gənc oğlan maşına çırpıldı - ANBAAN VİDEO
Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? - TƏFƏRRÜAT
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var
Sumqayıt-Novxanı yolunda dəfələrlə ötməyə çıxan sürücü qəza törətdi - VİDEO
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - FOTO - VİDEO
Bakıda ticarət mərkəzinin qarşısında QƏZA: 80 yaşlı kişi ÖLDÜ
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların FOTOSU - YENİLƏNİB
Bakıda “Toyota” divara çırpılıb aşdı - VİDEO
Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - FOTO
Bərdədə ağır qəzada həlak olan iki dostun FOTOsu
Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU - VİDEO












