Şəkidə ağır yol qəzası: 1 ölü, 3 yaralı

Şəkidə ağır yol qəzası olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki-Oğuz avtomobil yolunun Şəki rayon ərazisindən keçən hissəsində baş verib. Oğuz rayon sakininin idarə etdiyi “VAZ-21074” markalı, 48 BE 233 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin, Oğuz rayon sakini Eliş Ənvər qızı Nağıyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb. Daha üç nəfər - Oğuz rayon sakinləri - 1953-cü il təvəllüdlü Aydın Qasım oğlu Xurşudov, 1959-cu il təvəllüdlü Əlövsət Əvəz oğlu Xurşudov və 1967-ci il təvəllüdlü Təranə Əfqan qızı Novruzova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Tibb müəssisəsindən bildirilib ki, hazırda yaralıların müayinəsi aparılır. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR











