Şəkidə avtomobil 3 yeniyetmə qızı vurub

Şəki rayonunda 3 nəfər yeniyetmə qızın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində baş verib. Belə ki, Şəki sakini Elgiz Hümbətov idarə etdiyi "VAZ-21010" markalı avtomobillə hərəkətdə olarkən,yolu keçmək istəyən Şəki sakinləri-2002-ci il təvəllüdlü Süsəngül Şəmsəddin qızı İslamova, 2001-ci il təvəllüdlü Nazənin Rafik qızı Musayeva və 2002-ci il təvəllüdlü Türkanə Tərlan qızı Məmədovanı vurub.
Qəza nəticəsində xəsarət alan hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 17 yaşlı S.İslamova və T.Məmmədovaya ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıb. 18 yaşlı N.Musayeva isə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-sabitdir.
Piyadaları vuran E.Hümbətov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












