Şəkidə avtomobil aşıb, 4 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB

Şəkidə baş verən yol-nəqliyyat hadisəsind' xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un məlumatına görə, qəza zamanı Mingəçevir şəhər sakini Sərxan Quluzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə avtomobildə olan sərnişinlər, Mingəçevir şəhər sakinləri - Vüqar Məmmədəliyev, Qalib Muradov, Qəhrəman Qurbanlı və İlqar Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan şəxslərin Mingəçevirdən Oğuza yas mərasiminə getdikləri bildirilib
***
Şəkidə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Oğuz-Şəki avtomobil yolunun rayonun Sarıca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO













