Banner

Şəmkirdə avtomobil ağaca çırpılıb: Ölən və xəsarət alanlar var - YENİLƏNİB

Qəzalar 8 Noyabr 2026 10:27
Şəmkirdə avtomobil ağaca çırpılıb: Ölən və xəsarət alanlar var  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.

Avtosfer.az xəbər verir ki, Şəmkir rayonunun Keçili kənd sakinləri, 2006-cı il təvəllüdlü (20 yaş) Vüsal Vüqar oğlu Əmrahovun idarə etdiyi VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Sərnişin, 2008-ci il təvəllüdlü (18 yaş) Teymur Əli oğlu Orucov həlak olub, sürücü və digər sərnişin, 2002-ci il təvəllüdlü (24 yaş) Cahid Asəf oğlu Rüstəmov xəsarət alıblar. (oxu.az)

***

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 220
ŞƏRH YAZ
Ad

E-mail

Şərh