Şəmkirdə baş vermiş yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub

Şəmkir şəhərində baş vermiş avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Rusiyadan Goranboy rayonuna gələn "Jeep" markalı avtomobil "Ford" markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində, 46 yaşlı Müşfiq Rüstəmov, 45 yaşlı Anar Rafiq oğlu Qocayev, 52 yaşlı Niyazi Hörmət oğlu Qurbanov müxtəlif bədən xəsarətləri alıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumatlara görə, qəzaya sürücülərdən birinin sükan arxasında yuxuya getməsi səbəb olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
***08:43
Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı üç nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin başvermə səbəbi araşdırılır.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












