Şəmkirdə ər-arvadı avtomobil vurub - Bakıdan qonaq getmişdilər

Şəmkirdə ər-arvadı avtomobil vurub. Hadisə Bakı-Qazax avtomobil yolunun 414-cü kilometrliyində Şəmkir rayon Sabir kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Əzəlxan Xeyrəddin oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Bakı şəhər sakinləri - 1942-ci il təvəllüdlü Çingiz Talıb oğlu Hacıyevi və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Çinarə Əli qızı Heydərovanı vurub. Nəticədə hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə göndərilib.
Qeyd edək ki, hər iki şəxs Bakıdan Şəmkirə qonaq gedib.
***21:41
Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə rayonun Sabir kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












