Şəmkirdə "Mitsubishi" aşdı, 4 nəfər xəsarət aldı - YENİLƏNİB

Şəmkirdə minik avtomobilinin aşması nəticəsində xəsarət alanlardan 4 nəfər vəziyyətləri ağır olduğundan Gəncə şəhərinə aparılıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Bunlar, 1971-ci il təvəllüdlü Z.Məmmədov, 1972-ci il təvəllüdlü G.Yolçuyev,1983-cü il təvəllüdlü N.Səfərov və 1979-cu il təvəllüdlü E.Süleymanovdur.
***23:48, 1 iyun
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində minik avtomobili deformasiyaya uğrayıb və dərhal əraziyə FHN-nın xilasediciləri cəlb olunub.
Avtomobildə sıxılmış vəziyyətdə olan bir neçə nəfər çıxarılaraq xəstəxanaya aparılıb.
Hadisə yerində polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO












