Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB

Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iki nəfər (kişi) noyabrın 11-də saat 23:40-da Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"1994-cü il təvəllüdlü şəxsə bədənin dəqiqləşdirilməmiş çoxsaylı travmaları diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərildikdən sonra xəstə yaxınlarının istəyi ilə Gəncə şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə edilib.
1995-ci il təvəllüdlü digər şəxs komatoz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona başın qapalı travması, döş qəfəsinin travması, qabırğaların sınığı diaqnozları təyin edilib. Vəziyyəti ağır qiymətləndirilən şəxs aparılan reanimasiya tədbirlərinə cavab verməyib. 12.11.2026-cı il tarixində saat 00:55-də bioloji ölüm faktı qeydə alınıb.
Hadisə nəticəsində 1995-ci il təvəllüdlü şəxsin isə həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib./oxu.az
***11:00
Şəmkirdə iki nəfərin öldüyü qəzanın bəzi təfərrüatı ortaya çıxıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, avtomobildə olanlar Şəmkir rayon, Qılıncbəyli kənd sakinləri Elgün Abbasov, Ruslan Səfərov və Eşqin Abbasov sinif yoldaşı olublar.
Onlar qəzadan əvvəl rayonda fəaliyyət göstərən restoranların birində yeyib-içiblər. Qəza oradan çıxıb evlərinə gedərkən baş verib. Sürücü və sərnişinlərin sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***09:18
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza rayonun Qılıncbəyli kəndində qeydə alınıb.
Belə ki, "Toyota Land Cruiser" markalı avtomobilin aşması nəticəsində kənd sakinləri - 1995-ci il təvəllüdlü Elgün Abbasov və onun həmyaşıdı Eşqin Abbasov həyatını itiriblər. Daha bir nəfər isə xəsarət alıb.
Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
fotolar: qafqazinfo








Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı












