Sevgilisini bıçaqlayan şəxs onunla birgə olduğu avtomobili dərəyə aşırdı: 2 ölü - VİDEO

Bakıda avtomobilin dərəyə yuvarlanması faktı ilə bağlı bəzi məqamlar məlum olub. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində "Ravon Nexia" markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində ölən şəxslərin adları məlum olub. Araşdırmalarla müəyyən edilib ki, avtomobilin sürücüsü Vasif Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını öz avtomobilində bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib. Hər iki şəxsin meyiti bu gün ərazidə aşkar edilərək çıxarılıb. Həmçinin V.Abdullayev həmin avtomobili oğurladığı məlum olub. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
**Saat 17:22**
Bakıda avtomobil dərəyə aşıb. Hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində ölənlərin olduğu bildirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-ya bildirilib ki, qəza nəticəsində iki nəfər hadisə yerində ölüb. Hazırda hadisə yerində xilasetmə işləri aparılır.
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO












