Şirvanda betonqarışdıran maşın körpüyə ilişdi - VİDEO - YENİLƏNİB

"Şirvanda betonqarışdıran yük avtomobilinin körpünün altında ilişməsi səbəbindən dəmiryol infrastrukturuna ciddi zərər dəyib."
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev deyib.
Ötən gün axşam saatlarında Şirvanda "Mercedes" markalı 90-JT-063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirib, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişib.
Hadisə nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. Qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb", - deyə B.Hacıyev bildirib.
***10:00
Şirvan şəhərində qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, iri tonnajlı betonqarışdıran maşın hərəkət zamanı körpünün altından keçmək istədikdə, hündürlüyü düzgün qiymətləndirmədiyinə görə körpünün altında ilişib qalıb.
Hadisə nəticəsində yük maşını körpünün alt hissəsinə çırpılıb, bu zaman körpünün konstruktor elementlərinə də ciddi ziyan dəyib. Kadrlardan görünür ki, körpünün bəzi hissələrində çatlar əmələ gəlib və təhlükəli vəziyyət yaranıb.
Qeyd edək ki, bu cür halların əsas səbəbi sürücülərin nəqliyyat vasitəsinin ölçülərinə uyğun olmayan marşrut seçməsidir.
Ekspertlər hesab edir ki, bu kimi hadisələrin qarşısını almaq üçün körpülərin giriş hissəsində hündürlüyə dair xəbərdaredici nişanlar və fiziki maneələr artırılmalı, naviqasiya sistemləri isə ağır tonnajlı avtomobillər üçün optimallaşdırılmalıdır.
Eltac Zülfüqaroğlu
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












