Şirvanda yol qəzası: 3 nəfər ağır xəsarət alıb - FOTO

Şirvan şəhərində baş verən avtomobil qəzasında 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə Şirvan şəhərinin “Kənd evləri” deyilən massivində - Xəqani küçəsində qeydə alınıb. Hacıqabul rayonu Udulu kənd sakini, 1958-ci il təvəllüdlü Köçəriyev Əhməd Sahib oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Şirvan sakini, 1983-cü il təvəllüdlü Əliyev Fədayi Miraslan oğlunun idarə etdiyi “VAZ 2104” markalı avtomobillərinin toquşması nəticəsində birinci fərdi yaşayış evinin hasarına çırpılıb. Nəticədə sürücülər və avtomobildə olan sərnişin, Salyan rayonunun Qaraçala kənd sakini, 1991-ci il təvəllüdlü Mikayılov Orxan Ağazadə oğlu Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirlib. Sürücü Ə.Köçəriyevin vəziyyəti daha ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.




Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO












