Siyəzən və Salyanda ağır qəzalar - 2 nəfər ölüb, yaralılar var - VİDEO

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb. Rusiya vətəndaşı, 39 yaşlı Ramil Məmmədovun sükanı arxasına əyləşdiyi avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində keçinib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
Salyandakı qəzada isə azyaşlı ölüb. Hadisə Ələt-Astara magistral yolunun 27-ci kilometrliyində rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Şəkərli kənd sakini, 36 yaşlı Səxavət Rzayev avtomobili ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza nəticəsində avtomobildə olan Qaradağ rayonunun Ələt qəsəbə sakini, 4 yaşlı Rufan Əhlimanov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşağın atası, 31 yaşlı Mayıl Əhlimanov, anası 28 yaşlı Asudə Əliyeva və avtomobilin sürücüsü Salyan Mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












