Sükanın kilidlənməsinə görə qadın sürücü ağır qəzaya düşdü - FOTO - VİDEO

“Lada Vesta” avtomobillərinin sükanının hərəkət zamanı kilidlənməsi artıq üçüncü qəzaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, hər 3 qəza Rusiyada baş verib. Əvvəlki 2 qəzada sürücülər aşağı sürətə görə qəzadan yayına bilmişdilər. Bu dəfə Vladimir vilayətində yüksək sürətlə gedən “Vesta”nın sükan bloklandığı üçün maşın yoldan çıxaraq aşıb. Sürücü qadının onurğası ciddi şəkildə zədələnib.
Faktı polis araşdırır.
Qeyri-rəsmi məlumata görə (yerli televiziyaların xəbəri) avtomobilin sükanı kilidləndiyi üçün maşın yoldan çıxaraq 3 dəfə yuvarlanıb. Qəza zamanı hava yastıqları açılmayıb, “Glonass” xəbərdarlıq sistemi işə düşməyib.

Müstəqil ekspertlərin qənaətinə görə, yeni model VAZ avtomobillərində sükanın kilidlənməsi probleminə yerli proqram təminatı olan maşınlarda rast gəlinir. Bu da göstərir ki, “idxalın əvəzlənməsi” prosesi normal getmir.
Hava yastıqlarının açılmamasına 2 səbəb ola bilər: ya sürücü kəmər taxmayıb, ya da proqram təminatı və kalibrləmə doğru deyil.

Qeyd edək ki, sükan bloklanması məsələsinə görə Avtovaz avqustda kütləvi geriçağırma kampaniyası keçirib. Kampaniya çərçivəsində sükanın proqram təminatı dəyişdirilib.
Vüqar Yaşaroğlu
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












