Sumqayıtda baş verən qəzada xəsarət alanların vəziyyəti məlum oldu

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər (qadın) oktyabrın 11-də saat 15:30-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müvafiq şöbələrdə müalicələri davam etdirilir, bir nəfərin vəziyyəti orta ağır, digərinin isə stabil qiymətləndirilir", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, hadisə ötən gün Sumqayıt şəhəri, Sülh prospektində "Mercedes" markalı minik avtomobili ilə "Hyundai" markalı mikroavtobusun toqquşması nəticəsində baş verib./oxu.az
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












