Sumqayıtdan Bakıya gələn sürət qatarı 42 yaşlı qadını vurub öldürdü

Sumqayıtdan Bakıya gələn sürət qatarı qadını vurub öldürüb. Avtosfer.az xəbər verir ki, Abşeron Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Xırdalan şəhəri ərazisində, səhər saat 07 radələrində baş verib. Xırdalan şəhəri ərazisində Sumqayıtdan Bakıya gələn sürət qatarının bir nəfəri vurub öldürməsi barədə məlumat daxil olan kimi polis və prokurorluq orqanları əməkdaşları dərhal hadisə yerinə baxış keçirib.
Məlum olub ki, Abşeron rayonu Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı Xırdalan şəhəri, "Çexkalon" adlanan ərazidə qatar relsinin üzəri ilə işə gedərkən Sumqayıtdan Bakıya gələn "Ştabler" markalı sürət qatarı vurması nəticəsində ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












