Banner

Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR

Qəzalar 8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
WhatsApp kanalımıza abunə olun

Qala-Şüvəlan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az report-a istinadən xəbər verir ki, Elmar Gülbaba oğlu Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobusla Şüvəlan qəsəbəsi ərazisində hərəkətdə olarkən, Elçin Qədim oğlu Qədimovun idarə etdiyi "Lada Granta" markalı minik avtomobil ilə toqquşub.

Nəticədə E.Qədimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Oxunub : 144
ŞƏRH YAZ
Ad

E-mail

Şərh