Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı - FOTO

Bakı-Quba yolunda avtomobilinə maddi ziyan dəymiş tanınmış radio aparıcısı Elgün Xıdırov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) məhkəməyə verib. Bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb. Avtosfer.az aparıcının yaydığı məlumatı olduğu kimi təqdim edir:
"Təxminən 1 il əvvəl Xaçmaza gedərkən Şabran rayonu ərazisində avtomobilimin təkəri çuxura düşərək partladı.
İlk işim 102 qaynar xəttinə qəza ilə bağlı məlumat vermək oldu. Yol polisi mənim izahatımı aldıqdan və qəzanın sxemini tərtib etdikdən sonra rəhbərliyə raport hazırladı. Mən isə avtomobilimə dəymiş zərəri müəyyənləşdirmək üçün servisə getdim. Məlum oldu ki, təkərlə yanaşı, asqı sistemindəki digər detallar da sıradan çıxıb. Mənə dəymiş zərəri məktub yazaraq AAYDA-dan istəsəm də, qurumdan heç bir reaksiya olmadı. Bundan sonra sənədləri hazırlayıb Binəqədi rayon Məhkəməsinə müraciət etdim və məhkəməni uddum. Birinci instansiya məhkəməsinin mənim xeyrimə qəbul etdiyi qərarla razılaşmayan AAYDA apellyasiya şikayəti verdi. Nəticə olaraq agentliyin şikayəti təmin edilmədi və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldı" - deyə Elgün Xıdırov bildirib.
Qeyd edək ki, məhkəmənin qərarına görə, AAYDA avtomobilə dəymiş maddi ziyanla bağlı 933 manat ödəməlidir.
Fərid







Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı












