Təcili tibbi yardım maşını ağır qəza törətdi: azərbaycanlılar xəsarət alıblar

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşını ağır qəza törədib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, səhər saatlarında avtomobil prospektdə tikinti ərazisində yerləşən və tikintidə çalışan işçilərin olduğu köşkə çırpılıb.
Nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanların təcili tibbi yardım briqadasının üzvləri və Azərbaycan vətəndaşları və ya yerli azərbaycanlıların olduğu bildirilir.
Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan əməliyyat olunub.
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb.
Azərbaycanın Gürcüstandakı səfirliyindən “Report”un yerli bürosuna bildirilib ki, qəza nəticəsində xəsarət alanların arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələlik məlumat daxil olmayıb.
Tikinti şirkətinin təhlükəsizlik üzrə meneceri Rati Tskitişvili isə jurnalistlərə bildirib ki, qəza zamanı xəsarət alanlar Gürcüstan vətəndaşlarıdır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












