"Təhlükəsizlik kəməri taxılmadıqda travma riski 2–3 dəfə artır" - Baş həkim

"Avtomobildə təhlükəsizlik kəmərinin taxılmaması bədbəxt hadisə riski bir neçə dəfə artırır və bu, bizim gündəlik təcrübəmizdə ən ağır travmaların əsas səbəblərindən biridir. Tibbi və yol hərəkəti təhlükəsizliyi araşdırmalarına əsasən, təhlükəsizlik kəməri taxılmadıqda travma riski təxminən 2-3 dəfə artır".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı qurumun Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş direktorunun müavini - baş həkim Nizami Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, ağır baş-beyin travması, daxili qanaxma və çoxsaylı sınıqların yaranma ehtimalı dəfələrlə yüksəlir:
"Qəza zamanı avtomobildən kənara atılma riski isə 20-30 dəfə daha çox olur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda da biz çox vaxt eyni mənzərə ilə rastlaşırıq. Qəza ağır olmayıb, sürət yüksək olmayıb, lakin kəmər taxılmadığı üçün şəxs ciddi xəsarətlərlə xəstəxanaya gətirilib. Halbuki həmin anda təhlükəsizlik kəməri taxılmış olsaydı, bu xəsarətlərin böyük hissəsinin qarşısını almaq mümkün idi. Təcrübədə müraciət edənlərin əhəmiyyətli hissəsində qoruyucu geyimlər (dəbilqə, dizlik, dirsəklik, qoruyucu gödəkcə) olmur və ya natamam olur. Qoruyucu vasitələrdən istifadə edənlərdə travmalar adətən yüngül toxuma zədələri, səthi sınıqlar və daha az baş-beyin travması ilə məhdudlaşır, əməliyyat və reanimasiya ehtiyacı xeyli azalır. Əksinə, qoruyucu geyimdən istifadə etməyənlərdə baş-beyin travmaları, açıq sınıqlar, ağır ətraf və onurğa zədələri daha tez-tez qeydə alınır, sağalma müddəti uzanır və ağırlaşma riski yüksəlir. Xüsusilə dəbilqə baş və üz zədələrinin qarşısını almaqda həlledici rol oynayır".
Çıxışının sonunda izləyicilərə müraciət edən Nizami Məmmədov bildirib ki, təhlükəsizlik kəməri onları narahat etmək üçün deyil, əksinə qorumaq üçün var:
"Qısa məsafə, şəhər içi yol, arxa oturacaq - bunların heç biri riskin olmadığı anlamına gəlmir. Qəza bir anın içində baş verir, nəticələri isə ömür boyu qala bilər. Öz həyatınız, ailəniz və avtomobildə olan hər kəs üçün təhlükəsizlik kəmərini mütləq taxın. Bu, bir vərdiş deyil - həyat məsələsidir".
İki "Toyota” toqquşdu - 7 nəfər yaralandı - VİDEO
Maştağada əks yola çıxan “Jeep” və yük maşını toqquşdu - ANBAAN VİDEO
Bakıda çox sayda avtomobil qəzası olan küçədən şikayət: AYNA əraziyə baxış keçirəcək - VİDEO
Yanacaq maşını AŞDI; yanğın başladı - VİDEO
Şəhərin mərkəzində əks yola çıxan sürücü ağır qəza törətdi - VİDEO
İndoneziyada yük maşını ilə pikapın toqquşması nəticəsində 11 nəfər öldü
Bakı-Qazax yolunda baş verən avtobus qəzasının SƏBƏBİ AÇIQLANDI - VİDEO
Hacıqabulda avtobus qəzasında xəsarət alanların kimliyi məlum olub – ADLAR - FOTO - VİDEO
DYP Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb
Yasamalda “Kamaz” “Mercedes”lə toqquşub - FOTOLAR
Hacıqabulda sərnişin avtobusu aşıb, 30-dan çox yaralı var - FOTOLAR










