Təkəri partlayan maşın qəza törətdi: iki nəfər ağır yaralanıb - FOTO

Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1992-ci il təvəllüdlü Liman şəhər sakini Dadaşov Fuad Tahir oğlunun idarə etdiyi "Daewoo" markalı avtomobil idarəetməni itirərək sürücünün 1991-ci il təvəllüdlü həmyerlisi Qasımov Elməddin Natiq oğlunun sükanı arxasında olduğu "Prado"ya çırpılıb.
Boladi çayı üzərində baş verən qəza nəticəsində "Daewoo"nun sürücüsü F.Dadaşov və 1996-cı il təvəllüdlü sərnişini Rauf Hüseynov ağır bədən xəsarətləri alıb.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara kəllə-beyin travması və hər iki ayağın sınığı diaqnozu qoyularaq müvafiq tibbi yardımlar göstərilib. "Prado"nun sürücüsünə isə ambulator yardım göstərilib.
Hadisənin baş verməsinə səbəb kimi avtomobilin təkərin deşilməsi nəticəsində idarəetmədən çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
















