Təyyarə qəzaya uğradı: 12 nəfər ölüb - FOTO

Şənbə günü Kolumbiyanın mərkəzi hissəsində təyyarənin qəzaya uğraması nəticəsində azı 12 nəfər həyatını itirib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə "Caracol" agentliyi məlumat yayıb. Bildirilir ki, qəza mərkəzi Meta departamentində qeydə alınıb. "Laser" şirkətinə məxsus "Douglas DC-3" tipli təyyarə San-Xose-del-Quavyare şəhərindən Vilyavisensyoya uçurmuş. Hava gəmisi San-Martin yaşayış məntəqəsi üzərində olanda, pilot dispetçerlərə göyərtədə fövqəladə vəziyyət barədə məlumat ötürüb və qəza enişi etməyə çalışıb, lakin bu, uğursuzluqla nəticələnib.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 12 nəfər olub və onların hamısı ölüb.
Artıq hadisə yerinə xilasedicilər gəlib. Təyyarənin qəzaya uğramasının səbəbləri məlum deyil. İstintaqa başlanılıb.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO













