“Tottenhem”in futbolçuları “Ferrari” ilə qəzaya düşdü - FOTOLAR

“Tottenhem”in futbolçuları Randa Kolo Muani və Vilson Odober qəza keçirib.
Avtosfer.az xəbər verir ki, bunu London klubunun baş məşqçisi Tomas Frank Çempionlar Liqasının qrup mərhələsinin son turunda Frankfurt “Ayntraxt”ı ilə keçiriləcək oyundan öncə mətbuat konfransında açıqlayıb.
Çalışdırıcı bildirib ki, hadisə yanvarın 27-si futbolçuların oyun üçün Almaniyaya səfəri zamanı baş verib: “Hadisəyə səbəb təkərin partlaması olub. Bir qədər gecikmə oldu. Qəzada olan oyunçuların hər birinin vəziyyəti yaxşıdır”.
Sosial şəbəkələrdə isə yazılanlara görə, Randa Kolo Muaninin “Ferrari”si zədələnib. Bu hadisə zamanı öz avtomobili ilə hərəkət edən digər futbolçu Vilson Odober komanda yoldaşına kömək etmək üçün dayanıb.
Qeyd edək ki, bu gün saat 00:00-da “Tottenhem” Çempionlar Liqasının qrup mərhələsinin son turunda Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq.

İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












